Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Soğan toyuqdan 3 dəfə baha satılır

29 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın ən bahalı soğanı Filippində satılır. 

Press.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Filippinin Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, bu ölkədə qırmızı soğanın hər kiloqramının qiyməti 650 pesoya (11,84 dollar) çatıb. Eyni zamanda, statistic  məlumatlardan belə çıxır ki, 2022-ci ildə Filippində soğan istehsalında rekord əldə edilib. 
Qeyd olunur ki, 650 pesoya olan soğan toyuqdan üç dəfə, mal ətinin qiymətindən isə dörddə bir dəfə bahadır.

2022-ci ildə Filippində 238,562 ton soğan yığılıb, daxili bazarda isə ayda təxminən 20,000 ton soğan tələb olunur. Yanvar ayında Filippin Prezidenti Ferdinand Markos Kənd Təsərrüfatı Departamentinə soğan idxalına icazə verməyi tapşırıb.

Oxşar xəbərlər
OTACI