Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ipoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı

24 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Bununla əlaqədar Fond bu günə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulunu qısa müddətə təxirə salıb.

İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

11:19

İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.

Oxu.Az xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu elektron hökumət portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

Oxşar xəbərlər
OTACI