Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda kimə aşağı faizlə kredit verilə bilər?

18 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əlilliyi olan və ya ailəsində 1-ci və 2-ci qrup əlil olan, müəyyən sosial təminata və ya yardıma ehtiyac duyan şəxslərin kredit öhdəlikləri fərqləndirilməlidir. Onlara daha aşağı faizlə kredit verilməlidir.

Press.az “Xəzər Xəbər” -ə  istinadən xəbər verir ki, millət vəkili Azay Quliyev bu təkliflə çıxış edib.

Millət vəkili açıqlamasında bu kateqoriyadan olan şəxslərin götürdükləri kreditlərin faizlərinin ödənməsi ilə bağlı fərqli və daha yumşaq rejim tətbiq olunmasının vacibliyini vurğulayıb.

Azay Quliyev deyib ki, bəzən banklara olan borcun ödənməsində də əlilliyi olan şəxslərə güzəşt edilmir. Hətta bir vətəndaşdan borcunun 3 dəfə artığı qədər məbləğ tələb olunub.

Deputat hesab edir ki, bu məsələ dövlət səviyyəsində həll edilməlidir və bununla bağlı xüsusi layihə hazırlanmalıdır.

Ətraflı süjetdə:

Oxşar xəbərlər
OTACI