First slide

Bu ilin 10 ayında əsas kapitala yönəldilmiş vəsait açıqlanıb

21 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 11 milyard 774 milyon 500 min manat olub” 

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında qeyd edib.

Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3% artaraq 3 milyard 82 milyon manat təşkil edib:

“Qeyri-neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur” .

 

 

Oxşar xəbərlər
OTACI