Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əli Məsimli: “İşsizliyə görə vəsait İSF-nin saxlanılması üçün ayrılan vəsaitdən azdır”

23 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) aparatının saxlanılması üçün ayrılan vəsait işsizləyə görə ayrılan vəsaitdən 4-5 dəfə çoxdur”.

Press.az  report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.

“Halbuki, bunun əksi olmalıdır. Fond bizə təşəkkür etməlidir ki, biz hər dəfə ona ayrılan vəsaitin yetərli olmadığını qeyd edirik”, - o deyib.

Xatırladaq ki, bu il İSF-nin gəlirləri və xərcləri 181,4 milyon manat məbləğində təsdiq edilib.

İşsizlikdən Sığorta Fonduna 2021-ci ildə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 147 milyon manat səviyyəsində olub.

Qeyd edək ki, sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5 %-i, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə isə işçinin əməkhaqqının 0,5 %-i həcmində işsizlikdən sığorta haqqı tutulur.

 

Oxşar xəbərlər
OTACI