Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya qazına alıcı axtarır - Azərbaycan üçün əlavə imkanlar yaranır

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tehranla Moskvanın qaz alverindən Bakıda məlumatsızdırlar?

Avropa Rusiya qazından istifadəni minimuma endirib. Hazırda Rusiyadan alınan qaz qitənin tələbatının 10 faizinə bərabərdir. Moskvanın qaz şantajına qarşı bütün mümkün kənar mənbələrdən qaz alışını artıran Avropa qış hazırlıqları planına artıqlaması ilə əməl edir. Avropa Qaz İnfrastrukturu Operatorları Assosiasiyasının məlumatına əsasən Avropa Birliyinin qaz anbarı olan 18 ölkəsindən 14-ü 1 noyabra qədər anbarların 80 faiz doldurulması planına indidən əməl edib. Sentyabrın 19-na Avropanın qaz anbarları 86 faizə yaxın dolu olub.

Avropanın qaz təchizatının 35 faizini maye qaz, 29 faizini Norveç, 12 faizini Şimali Afrika ölkələr, 10 faizini isə Böyük Britaniya təmin edir.

“McKinsey” beynəlxalq konsaltinq şirkətinin Rusiya bölməsi - indi “Yakov və partnyorları” adlanan şirkətin hesablamalarına əsasən, bu ilin sonunadək qaza olan tələbatı ödəmək üçün Avropa ölkələrinə Rusiyadan nəqlin dayanmaması, yaxud qaz istehlakının 7-12 milyard kubmetr azaldılması lazım gələcək. Şirkət mütəxəssislərinə görə, belə qənaət üçün Avropada bəzi sahələrdə istehsal dayanmalıdır: “Bu il Avropada qaza tələbat 470 milyard kubmetr təşkil edəcək. Bunun 196 milyard kubmetri Avropa Birliyinin özündə istehsal ediləcək, 135 milyard kubmetr maye qaz idxalından, 28 milyard kubmetr Rusiyadankənar boru xətləri ilə nəql ediləcək. Rusiyadan isə bu il nəql tamam dayanmasa Avropaya 68 milyard kubmetr qaz veriləcək - bunun artıq 54 milyard kubmetri nəql olunub. Qış mövsümündə Avropanın qaz tələbatı 300 milyard kubmetr hesablanır ki, bunun da 194 milyard kubmetri istehsal olunacaq, yaxud alınacaq, 75 milyard kubmetri anbarlardan götürüləcək, indiki qənaət rejimi davam edəcəksə, 19 milyard kubmetrə də qənaət ediləcək. Beləliklə, qış mövsümü üçün Avropaya əlavə 12 milyard kubmetr qaz tələb olunacaq. Qışın daha kəskin keçməsi, Çində maye qaza tələbatın artması, çatdırılmada hər hansı problemin yaranması şəraitində bu həcm 20 milyard kubmetrə qədər arta bilər”.

Oxşar xəbərlər
OTACI