Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu il adambaşına istehlaka nə qədər pul xərcləmişik? - MARAQLI STATİSTİKA

17 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan əhalisi bu ilin geridə qalan dövrü ərzində istehlak məqsədilə ayda adambaşına orta hesabla 465,5 manat pul xərcləyib. Əhalinin gəlirlərinin artması və yüksək inflyasiya son bir ildə adambaşına istehlak xərclərini 68,5 manat, yəni 14,75 faiz artırıb. Xatırladaq ki, ötən il əhalinin adambaşına düşən xərcləri 397 manat idi. Məlumat üçün bildirək ki, əhalinin istehlak xərcləri ərzaq və qeyri-ərzaq, həmçinin pullu xidmətləri əhatə edir. 

Press.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin xərclərinin daha çox hissəsi ərzaq mallarının alınmasından, daha sonra isə qeyri-ərzaq və pullu xidmətlərin alınmasından ibarətdir.

2022-ci ilin yanvar-avqust ayları ərzində hər ay orta hesabla ərzağa 216,6 manat, qeyri-ərzağa 167,2 manat, pullu xidmətlərə isə 81,7 manat xərclənib.  

Ötən ilin eyni dövründə isə əhali ərzağa hər ay 179,1 manat, qeyri-ərzağa 151,2 manat, pullu xidmətlərə 66,7 manat xərcləmişdi.

Müqayisə göstərir ki, bu il ərzaq xərcləri adambaşına 37,5 manat, qeyri-ərzaq xərcləri 16 manat, pullu xidmətlərə çəkilən xərc 15 manat artıb. Göründüyü kimi, əhalinin xərclərindəki artımın daha çox hissəsi ərzaq xərclərindəki artım hesabına baş verib. Ərzaq xərclərindəki artım qeyri-ərzaq və pullu xidmətlərə çəkilən xərclərdəki artımın cəmindən çoxdur.

Oxşar xəbərlər
OTACI