Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Samir Şərifov: “Hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər azaldılsın”

23 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ötən il Azərbaycanda büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının 20 faiz artırılması barədə sərəncamlar imzalanmışdı. Həmin sərəncamlara əsasən, bu ildə ödənişlər aparılıb”.

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

O qeyd edib ki, pensiyaların indeksləşdirilməsi istiqamətində addımlar atılıb:

“Bildiyiniz kimi indeksləşmə məbləğinin qanunvericiliyə uyğun olaraq az olması nəzərə alınıb və Prezident İlham Əliyev tərəfindən əlavə maddi yardımın göstərilməsi barədə qərarlar qəbul edilib. Bununla da, hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər azaldılsın”.//oxu.az

Oxşar xəbərlər
OTACI