Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniya qaz təchizatı ilə əlaqədar iyulun 8-də fövqəladə vəziyyət elan edəcək

22 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 8-də Almaniya hökuməti qaz təchizatında yaranmış gərgin vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejimin tətbiqi barədə məlumat verəcək.

“Report” xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, indi Almaniyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün fövqəladə planın bir hissəsi kimi birinci hazırlıq dərəcəsi elan edilib. Bu, Almaniya Federal Şəbəkə Agentliyini təbii qaz təchizatı ilə bağlı vəziyyət haqqında gündəlik məlumat verməyə və vəziyyətə daim nəzarətə vadar edir. İkinci mərhələdə isə hökumət şirkətlərə təbii qaza qənaət etməyi tövsiyə edəcək. Bu şərtlər çərçivəsində vəziyyət hələ də tənzimlənə bilər, lakin əlavə qiymət artımları mümkündür.

Qəzet qeyd edir ki, ikinci mərhələyə beş və ya on gün ərzində keçiləcəyi gözlənilir. Bu addıma hazırlıq Rusiya təbii qazının “Şimal axını” ilə təchizatı ilə bağlı vəziyyətə reaksiyadır. Qeyd edək ki, bu kəmərlə təbii qaz tədarükü 40%-dək azalıb.

Oxşar xəbərlər
OTACI