Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Samir Şərifov: "Ərzaq məhsullarının bahalaşması müşahidə edilir"

25 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu gün də ərzaq məhsullarının bahalaşması müşahidə edilir".

Press.az xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı iclasda deyib.

O bildirib ki, dünya bazarında neftin qiyməti Azərbaycan dövlət büdcəsində nəzərdə tutulandan yüksək olub və bu da Dövlət Neft Fondunun aktivlərinin artmasına şərait yaradıb: "Azərbaycan iqtisadiyyatı sabit inkişaf etsə də, ölkəmizə xarici mənfi təsirlər də var idi. Söhbət infilyasiyanın artmasından gedir. Bunun da səbəblərindən biri ərzaq məhsullarının qiymətlərinin dünya miqyasında artması olub. Bu gün də ərzaq məhsullarının bahalaşması müşahidə edilir. Dövlət həmin prosesləri nəzərə alaraq müxtəlif subsidiyaların ödənişinə qərar verib”.

Oxşar xəbərlər
OTACI