Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lənkəranda “KOB Fest” sərgi satış yarmarkası keçiriləcək

21 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Növbəti “KOB Fest” sərgi-satış yarmarkası mayın 22-də Lənkəran şəhərində təşkil olunacaq.

Prees.az-ın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən verdiyi məlumata görə, agentlik Lənkəran şəhərinin sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edib.

Yarmarkada Lənkəran şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida, qeyri-qida məhsulları, sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək.

KOB Fest çərçivəsində həmçinin, bölgədə təhsil, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq.Festival ərzində sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək və mədəni-əyləncəli proqram təşkil ediləcək.

“KOB Fest”in təşkilində məqsəd Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Lənkəran şəhərində Heydər Əliyev Parkında təşkil olunacaq “KOB Fest” sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

Oxşar xəbərlər
OTACI