Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Benzin və dizel bahalaşacaq? - "SOCAR PETROLEUM" aydınlıq gətirdi

15 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ölkəmizdə fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel və A-92 yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur”.

Press.az xəbər verir ki, bunu "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir:

“Neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-ə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir.

Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-ə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər”.

"SOCAR PETROLEUM" QSC ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilməyib.

Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri tarif şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir". Apa Üzeyir Həbibbəylinin dediklərindən sitat gətirib.

Qeyd edək ki, benzinin bahalaşacağı barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır.

Oxşar xəbərlər
OTACI