Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Türkiyə liderləri STAR zavodunu açacaqlar - İNFROQRAFİKA

19 Oct 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Star” neft emalı zavodunun açılış mərasimi Türkiyənin İzmir bölgəsinin Aliağa rayonunda oktyabrın 19-da keçiriləcək. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. 

“Star” zavodunu “SOCAR Türkiyə” tikib (Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR-ın Türkiyədəki törəməsi). 

Türkiyə prezident administrasiyasından verilən məlumata görə, Azərbaycan prezidentiİlham Əliyev, Azərbaycan hökumətinin, müxtəlif təşkilatların və institutların, enerji şirkətlərinin nümayəndələri açılış mərasiminə qatılacaq. 

Dev yatırım 'Star Rafinerisi' yarın açılıyor

“Star” neft emalı zavoduna altı milyard dollar investisiya yatırılıb ki, bu da Türkiyədə özəl sektora qoyulan ən böyük kapitaldır. 

“Star” - son illər Avropa, Yaxın Şərq və Şimali Afrikada neft sahəsindəki ən nəhəng layihələrdən biridir. 

Zavodun açılış mərasiminədək Türkiyə və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək. 

Zavodun istehsal gücü illik 10 milyon tondur. Zavod bu gün Türkiyədə istehsal olunan malları idxal edəcək. 

“Star” ildə beş milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton liqroin, 700 min ton neft koksu, 300 min ton TMQ və 160 min ton kükürd istehsal olunacaq,

Dizel, aviasiya və TMQ yanacaqları yerli bazara çıxarılacaq. Zavoda qoyulan sərmayəsi Türkiyənin büdcə kəsrini bu il 1,6 milyard dollar azaldacaq.

Oxu.az

Oxşar xəbərlər
OTACI