Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 milyard avro yerləşdirdi

28 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Neft Fondu Türkiyənin Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirdiyini bəyan edib. Fondun yaydığı məlumatda deyilir ki, bu ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Mərkəzi Bankı ilə Azərbaycan Mərkəzi Bankı arasında 1 milyard avroluq svap anlaşması əldə edildiyi barədə xəbərlər yayılmışdı. Lakin bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında xəbəri təkzib etdi, iki ölkənin mərkəzi bankları arasında svap əməliyyatı üzrə danışıqların aparılmadığını bildirdi.

Göründüyü kimi Türkiyədə valyuta məzənnəsinin sabitləşməsi üçün bu ölkənin Mərkəzi Bankında 1 milyard avronu ARDNF depozit şəklində yerləşdirib.

Türkiyə Mərkəzi Bankı dollar və avronun məzənnəsinin kəskin yüksəlməsinin qarşısını almaq üçün bir neçə dəfə bazara müdaxilə edib. Bu zaman öz valyuta ehtiyatlarının bir qismini satışa çıxarıb.

Oxşar xəbərlər
OTACI