Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dollar bahalaşdı - DÜNYADA

28 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın əksər ölkəsində dolların qiyməti artıb. Buna səbəb ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsini sabit saxlaması olub.

 FED uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

Təşkilatın məlumatında deyilib ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uzunmüddətli perspektivdə məşğulluğu təmin etmək və inflyasiyanı 2% həddində saxlamağa çalışır. Buna görə də Komitə federal fondlarda əsas faiz dərəcəsini 0-0,25% həddində saxlamağa qərar verib. İnflyasiyanın artması və əmək bazarının güclənməsi fonunda faiz dərəcəsinə yenidən baxıla bilər.

Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacaq.

FED-in iclasından sonra dollar əksər valyutalara qarşı bahalaşıb. FED sədri Cerom Pauellin gözlənilən faiz artımlarına işarə etməsindən sonra dollar bahalaşıb.

ABŞ dollarının indeksi yanvarın 27-də 0.26% artımla 96.655 bəndə yüksəlib. Bu da 2021-ci ilin 17 dekabrından bəri qeydə alınmış maksimal göstəricidir./publika.az/

Oxşar xəbərlər
OTACI