Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycana bu ildə cəlb edilən xarici investisiya azalıb

18 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-ci ildə Azərbaycanda əsas kapitala 4 milyard 333 milyon manat həcmində xarici investisiya cəlb olunub.

Press.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2020-ci il ilə müqayisədə 15,3 faiz azdır.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 970 milyon manatı (91,6 faiz) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, ümumilikdə ötən il Azərbaycanda əsas kapitala 16,127 milyard manat investisiya yatırılıb ki, bu da illik müqayisədə 8,2 faiz azdır.

Oxşar xəbərlər
OTACI