First slide

PETDER-in baş katibi: “SOCAR-ın dərnəyimizə qatılması təmsilçiliyimizi gücləndirəcək”

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Dünyanın ən köklü neft və təbii qaz şirkətlərindən olan SOCAR-ın ölkəmizdə fəaliyyəti şübhəsiz ki, Türkiyədə daxili bazarın güclənməsi və keyfiyyətin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Neft Sənayesi Dərnəyinin (PETDER) baş katibi Köksal Onur İnci bildirib.

Baş katib qeyd edib ki, Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) tərəfindən distribütor lisenziyasına malik olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Energy" dərnəyin sayca 17-ci üzvüdür: "SOCAR Türkiyənin dərnəyimizə qatılmağına görə böyük məmnunluq hissi keçiririk. Hesab edirəm ki, bu iştirak Türkiyənin son 25 ildəki ən böyük yanacaq-energetika sənayesinin təmsilçisi olan PETDER-in təmsilçilik qabiliyyətini artıracaq".

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Energy” qonşu ölkədə fəaliyyət göstərən Neft Sənayesi Dərnəyinə üzv olub. Bununla da PETDER-in üzvlərinin sayı 17-yə çatıb.

Digər 16 üzv "Alpet", "Aytemiz", "Belgin", BP, "Castrol", "Exxon Mobil", GO, "Güzel Enerji Akaryakıt", "Opet", "Petline", "Petrol Ofisi", "Petroyağ", "Shell", "Shell & Turcas", "Total Energies" və "Türk Petrolları"dır.

Oxşar xəbərlər
OTACI
OTACI