Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Metro rəsmisi: “Yeni stansiyanın nə vaxt hazır olacağını demək çətindir”

21 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttinin üzərində yerləşəcək və şərti adı “B-04” olan yeni stansiyanın nə vaxt hazır olacağını demək çətindir”.

Press.az xəbər verir ki, bunu qurumun Tikinti departamentinin baş mühəndisi Vəli Musayev deyib.

“Yeni stansiyanı "8 Noyabr" stansiyası ilə birləşdirəcək tunellərin inşası yekunlaşıb. "Sadəcə müəyyən keçidlər var ki, onların tikintisi həyata keçirilməlidir. Geoloji şəraitlə əlaqədar müəyyən işlər aparılır. Tunelləri qazanda müəyyən məsələlərlə qarşılaşmışıq, ehtimal olunur ki, işin davamında da eyni məsələlərlə qarşılaşacağıq. Bu səbəbdən də tikinti işlərinin yekunlaşacağı vaxtı konkret demək mümkün deyil. Əsas hidrogeoloji çətinliklər qrunt sularının dayanıqsız olması və suyun təzyiqinin yüksək olması ilə əlaqədardır”, - deyə o qeyd edib.

Oxşar xəbərlər
OTACI