First slide

Benzinin qiymətinin dəyişməsi maşın bazarına necə təsir edəcək?

21 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Benzinin qiymətinin artması, adətən, bu yanacaq növü ilə işləyən avtomobillərin ucuzlaşmasına gətirib çıxarır.

Press.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, bu gün həm dünya bazarında, həm də daxili bazarda benzinlə işləyən avtomobillərə tələbat azalır: "Ətrafa nəzər salanda da görürük ki, hibrid model avtomobillərin sayı gündən-günə artır. Həmçinin, avtomobil sənayesinin gələcəyi elektromobillər və hibrid avtomobillərdir. Böyük avtomobil istehsalçıları da bunu nəzərə alır və getdikcə benzindən az istifadə edən modelləri inkişaf etdirirlər. Bu baxımdan, benzinin qiymətinin bahalaşması da əhalidə daha aşağı oktanlı benzinlə işləyən, eyni zamanda hibrid və elektromobillərə marağı artıracaq. Hazırda maşın bazarında 2020-ci illə müqayisədə canlanma var. Biz bunu son 7 ayın statistikasında da görə bilərik. Azərbaycanda avtomobil istehsalı aşağı olduğundan, bazar əsasən idxal hesabına formalaşır. Ötən il pandemiyanın yüksək səviyyədə olması və məhdudiyyətlərin tərbiqi bu sektora da böyük zərbə vurub. Lakin ötən illə müqayisədə bu il idxal 1,7 dəfə artıb".

Oxşar xəbərlər
OTACI
OTACI