Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SOCAR Gürcüstanda 300 milyon investisiya yatırıb

18 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı sərmayələrinin böyük hissəsi qazlaşdırılmaya yönəldilib".

Press.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, qonşu ölkənin qazlaşdırılması sahəsinə 300 milyon ABŞ dollarından çox investisiya yatırılıb: "Gürcüstan hökuməti bu sahəyə böyük vəsaitlər qoymağa fəal kömək edir. Bəzi kəndlərdə qazla təminat iqtisadi səmərə verməyə bilər, lakin Gürcüstan hökumətinin dəstəyi ilə dövlət proqramı vasitəsilə bu işlər həyata keçirilir".

R.Abdullayev qeyd edib ki, Gürcüstanda qazlaşdırma səviyyəsi 90 % təşkil edir və bu, yüksək göstəricidir.

//Report

Oxşar xəbərlər
OTACI