logo
First slide

26 idmançımızdan vida, 17-si startı gözləyir – Tokio-2020

01 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Press.az xəbər verir ki, çəkicatmada mübarizə aparan millimizin üzvü Anna Skidan təsnifat mərhələsində iki qrupun çıxışından sonra 16-cı yeri tutaraq, yarışla vidalaşıb.

Boksçumuz Alfonso Dominqes yarımfinalda kubalı Arlen Lopesə məğlub olaraq, finala vəsiqə qazana bilməyib. Dominqes Azərbaycan yığmasının heyətində ikinci bürünc mükafatçı olub.

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov 25 m məsafədən atəş açmada təsnifat mərhələsinin ilk gününü 27 idmançı arasında 24-cü yerdə bitirib. Lunyov sabah ikinci təsnifat yarışına çıxacaq.

Bununla Olimpiya Oyunlarında çıxışını başa vuran idmançılarımızın sayı 26-ya çatıb. Yığmamızın 1 təmsilçisi mübarizəni davam etdirirsə, 17 idmançımız startı gözləyir. 

Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.

1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer
10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub
11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer
12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub
13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub
14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub
15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer
17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu
18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub
19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb 
20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub
21. Zelim Kotsoyev (cüdo, 100 kq) - 1/8 finalda uduzub
22. Uşanqi Kokauri (cüdo, +100 kq) - 1/8 finalda uduzub
23. İrina Kindzerska (cüdo, +78 kq) - bürünc medal qazanıb
24. Cavid Çələbiyev (boks, 63 kq) - 1/8 finala uduzub
25. Anna Skidan (atletika, çəkicatma) - 16-cı yer
26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb
27. Ruslan Lunyov (güllə atıcılığı) - 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma
28. Nazim Babayev (atletika, üç təkanla tullanma)
29. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
30. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
31. Turan Bayramov (sərbəst güləş, 74 kq)
32. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
33. Elis Manolova (qadın güləşi, 68 kq)
34. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
36. Mariya Stadnik (qadın güləşi, 50 kq)
37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Rafael Ağayev (karate, 75 kq)
40. İrina Zaretska (karate, +61 kq)

Oxşar xəbərlər
OTACI
OTACI