"Mançester Siti"nin hücumçusu Erlinq Haaland CIES Football Observatory tərəfindən dünyanın ən dəyərli oyunçusu seçilib.
Press.az xəbər verir ki, norveçli oyunçu 245,1 milyon avro dəyərində qiymətləndirilir. İdman Araşdırmaları Mərkəzinin hesablamalarına görə, o, dəyəri 200 milyon avronu keçən yeganə oyunçudur.
Siyahıda 2-ci yerdə 196,3 milyon avro dəyərində "Real"ın futbolçusu Vinisius Junior qərarlaşıb. CIES-in araşdırmasına əsasən, 3-cü yerdəki "Arsenal"ın futbolçusu Bukayo Saka 195,8 milyon avro dəyərindədir.
Erlinq Haaland bu mövsüm “Mançester Siti” ilə Premyer Liqa və İngiltərə kubokunu qazanıb. O, ölkə çempionatında 2022/2023 mövsümündə 35 matçda meydana çıxıb, 36 qol vurub və 8 qolun ötürməsini verib.
İyunun 10-da "Mançester Siti" "İnter"lə Çempionlar Liqasının finalı oyununa çıxacaq.