AFFA Hakimlər Komitəsi 2023/2024-cü illər mövsümündə Misli Premyer Liqası və Birinci divizion oyunlarını idarə edəcək hakimlərin siyahısını təsdiqləyib.
Press.az AFFA-nın satına istinadən xəbər verir ki, siyahıda yer alanlar hakimlər və hakim köməkçiləri olaraq kateqoriyalara bölünüblər.
Elit kateqoriyaya 3 yeni hakim daxil olub. Emin Əliyev, Kamran Əliyev və Əli Əliyev elit kateqoriyaya yüksəliblər. Onlar Misli Premyer Liqasının və Azərbaycan kubokunun oyunlarını idarə edə biləcəklər.