Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Neftçi” “Olimpiakos”a uduzdu

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Press.az xəbər verir ki, Bakı klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Paytaxt təmsilçisi Yunanıstanın ən adlı-sanlı klubu “Olimpiakos”la görüşüb. Rəqibdən çəkinməyərək bərabər mübarizə aparmağa çalışan Samir Abasovun yetirmələri ilk yarının ortalarında qapısında qol görüb.

Məhəmməd Kamara 28-ci dəqiqədə “Olimpiakos”u hesabda irəli çıxarıb. O, cəmi 15 dəqiqə sonra antiqəhrəmana çevrilib. Aşkar kobudluğa Namik Ələskərovu zədələyib, özü isə meydandan qovulub.

Say üstünlüyündən yararlanan “Neftçi” təşəbbüsə yiyələnib daha çox hücumlar qurub. Lakin 63-cü dəqiqədə Mert Çelik bakılıların üstünlüyünü heçə endirib. Rəqibə qarşı kobudluq etməsi milliləşən legionerin meydandan kənarlaşdırılması ilə nəticələnib. Bundan sonra da hücumlarını davam etdirən “Neftçi” məğlubiyyətdən qaça bilməyib – 0:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də keçiriləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

23:00. “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan) - 1:0

Qol: Məhəmməd Kamara, 29

Qırmızı vərəqələr: Məhəmməd Kamara, 43 - Mert Çelik, 63

Baş hakim: Joao Pineyro (Portuqaliya)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI