Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan yığmasının üzvü DÇ-də təsəlliverici görüşdə uduzdu

22 Sep 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Press.az xəbər verir ki, dördüncü yarış günündə məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qızlardan ibarət yığmamızın iki üzvü mübarizəyə qoşulub. Ceyla Nağızadə (65 kq) təsnifat mərhələsində italyan rəqibinə uduzub.

Tatyana Varantsova startda Türkiyə təmsilçisinə qalib gəldikdən sonra Özbəkistan idmançısı ilə qarşılaşıb. Son 10 saniyəyədək 8:4 hesabıyla öndə olan Varantsova ani diqqətsizlikdən rəqibinə 4 xal "bağışlayıb". Sonuncu xal prinsipi Tatyananın məğlubiyyəti ilə nəticələnib. Rəqibi finala çıxdığından yığmamızın üzvü təsəlliverici görüşə çıxıb və Minqolustan təmsilçisinə uduzub.

53 kq 

Təsəlliverici görüş - Tatyana Varantsova - Enxtsetseq Batbaatar (MGL) 6:14

1/4 final - Tatyana Varantsova - Aktenge Keunimyayeva (UZB) 8:8*

Təsnifat - Tatyana Varantsova - Zeynep Yetgil (TUR) 8:5

65 kq

Təsnifat - Ceyla Nağızadə - Yelena Esposito (İTA) 0:4

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI