Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Dinamo" bizdən hazırlıqlıdır" - Emin Mahmudov

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bizi çox çətin oyun gözləyir. İlk matçda istədiyimiz alınmadı. Bu dəfə öz oyunumuzu oynamağa çalışacağıq".

Press.az xəbər verir ki, bu sözlər “Neftçi”nin kapitanı Emin Mahmudov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə Bakıda keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi ilk matçdakı səhvlərindən nəticə çıxardıqlarını bildirib: “Onlarda çempionatın gedişidir, “Dinamo” bizdən hazırlıqlıdır. Amma çalışacağıq bu dəfə top daha çox bizdə olsun. Çünki ilk görüşdə bunu edə bilmədik. "Dinamo"nun üstün və zəif tərəfləri ilə bağlı baş məşqçi bizə öz tapşırıqlarını verəcək".

E.Mahmudov səfər qolu ləğvi barədə bunları deyib: "Əvvəl səfərdəki komandalar qol vurmağa çalışırdılar. Amma indi bir qədər fərqlidir. Məncə, yeni sistemə əsasən penalti seriyaları daha çox olacaq".

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 21:00-da başlayacaq. Komandalar arasında Tbilisində keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI