Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA Avropa çempionatında iştirakçı sayını yenidən artırmaq istəyir

11 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avropa çempionatının iştirakçı ölkə sayını 24-dən 32-yə genişləndirmək məsələsini nəzərdən keçirir.

Press.az-ın "Associated Press"ə istinadən məlumatına görə, formata yenidən baxılma AVRO-2028-nin ev sahibinin müəyyənləşdirilmə prosesinin gedişinə uyğun aparılır. Qərar 2023-cü ilin sonunadək qəbul edilməlidir.

Komanda sayının artımına qərar verilsə, UEFA Millətlər Liqasını populyarlaşdıra və bu turnir yekunda Avropa çempionatının seçmə mərhələsini əvəzləyə bilər.

Mümkün artıma səbəb həm də final mərhələsinin formatının sadələşdirilməsidir. AVRO-2016-dan başlayaraq, 1/8 finala qruplarda 3-cü yeri tutan 4 ən yaxşı komanda da qatılır. Lakin belə bir formatda bəzi komandalar növbəti mərhələyə yüksəlib-yüksəlmədiklərini bilmək üçün qrup mərhələsinin son oyunlarını gözləməli olurlar.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI