Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AVRO-2020: Danimarka 1/8 finalda, Rusiyadan erkən vida

22 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AVRO-2020-də qrup mərhələsinin III turu davam edir.

Press.az xəbər verir ki, B qrupunda son iki oyun baş tutub.

1/8 finala vəsiqəni təmin edən Belçika Finlandiya ilə qarşılaşıb. Qrup qalibi olmaq üçün uduzmaması yetərli olan Roberto Martinesin komandası bu matçda da qələbə qazanaraq 1/8 finala 9 xalla yüksəlib. Finlandiya isə qrup üçüncüsü olub.

İlk iki matçında uduzan Danimarka Rusiya ilə üz-üzə gəlib. Kopenhagendəki qarşılaşmada meydan sahibləri darmadağınla qələbə qazanıb. Bu, danimarkalıları qrup ikincisi edibsə, rusiyalılar qrup sonuncusu kimi AVRO-2020 ilə vidalaşıb.

Qeyd edək ki, III turun son oyunları iyunun 22-23-də keçiriləcək.

AVRO-2020

III tur, 21 iyun

B qrupu

23:00. Rusiya - Danimarka - 1:4

Qollar: Artyom Dzyuba, 70 (pen.) - Mikkel Damsqard, 38, Yussuf Poulsen, 59, Andreas Kristensen, 79, Yoakim Mehle, 82

Baş hakim: Klemen Turpin (Fransa) 

Kopenhagen. “Parken” stadionu

23:00. Finlandiya - Belçika - 0:2

Qollar: Lukas Hradeçki, 74 (avtoqol), Romelu Lukaku

Baş hakim: Feliks Brix (Almaniya)

“Sankt-Peterburq” stadionu

1

Belçika

3

3

0

0

7-1

9

2

Danimarka

3

1

0

2

5-4

3

3

Finlandiya

3

1

0

2

1-3

3

4

Rusiya

3

1

0

2

2-7

3

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI