Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın iki güləşçisi finala çıxdı, biri erməni ilə qarşılaşacaq

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatının finalına yüksəlib.

Azərbaycan Güləş Federasiyasından Press.az-a verilən məlumata görə, 48 kq-da çıxış edən Fəraim Mustafayev 1/4 finalda Oliver Qrauenə (Estoniya) 8:0, yarımfinalda isə Kazbek Tarkanova (Rusiya) 9:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda türkiyəli Servet Angi ilə qarşılaşacaq.

55 kq-dakı Fərid Baxışlı isə ardıcıl olaraq, Yuhan Kristyuhan (Estoniya), Luka Musman (Almaniya), Konstantin Savçuk (Rusiya) və Saveliy Raşçinskini (Belarus) məğlub edərək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi Ermənistan təmsilçisi Armen Sukiasyan olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI