Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Eriksenin durumu necədir? - Yeni açıqlama

13 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Danimarka Futbol Federasiyası millinin ötən gün Avro-2020-nin final mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirən futbolçusu Kristian Eriksenin durumu ilə bağlı növbəti dəfə açıqlama yayıb.

Press.az xəbər verir ki, hazırda 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin stabil olduğu bildirilib:

"Bu səhər Kristian Eriksen ilə danışdıq. O, komanda yoldaşlarına salam dedi. Vəziyyəti stabildir və əlavə müayinə üçün xəstəxanadadır. Komanda və məşqçilər heyəti dünənki hadisədən sonra bir-birlərinə dəstək olmağa davam edəcəklər.Bütün azarkeşlərə, oyunçulara, Danimarka və İngiltərənin Kral ailələrinə, beynəlxalq birliklərə və klublara Kristian Eriksenə dəstəkləri üçün təşəkkür edirik".

Qeyd edək ki, ötən gün keçirilən Danimarka - Finlandiya matçı Eriksenin huşunu itirməsi səbəbindən dayandırılmışdı. Komanda yoldaşları həkimlər meydana daxil olanadək duruma müdaxilə ediblər və futbolçu üçün ürək masajını yerinə yetiriblər. Eriksen meydanı xərəkdə tərk edib. Sonradan bərpa olunan görüş Filandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI