Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AVRO-2020-də ilk dubl və darmadağın

13 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AVRO-2020-də ikinci oyun günü başa çatıb.

Press.az xəbər verir ki, B qrupunda I tura Sankt-Peterburqda yekun vurulub.

Rusiya yığması çempionatın favoritlərindən olan Belçika ilə üz-üzə gəlib. Roberto Martinesin yetirmələri qarşılaşmanın taleyini ilk yarıda həll edib.

Öncə Romelu Lukaku erkən qola sevinib. Belçikalı bu qolu “İnter”dəki komanda yoldaşı, Danimarka millisinin huşunu itirən futbolçusu Kristian Eriksenə həsr edib. Ardınca Tomas Menye fərqi iki topa çatdırıb.

İkinci hissədə də üstünlüyə sahib olan belçikalılar qarşılaşmaya tam nəzarət edib. Lakin FİFA reytinqinin lideri hesabı yalnız matçın sonlarında dəyişə bilib. AVRO-2020-nin ilk dublunun müəllifi olan Lukakunun qolu böyükhesablı qələbəni rəsmiləşdirib.

Qeyd edək ki, qrupun digər oyununda da AVRO-2020-nin ev sahiblərindən olan komanda məğlubiyyətlə üzləşib. Danimarka Finlandiyaya 0:1 hesabı ilə uduzub.

AVRO-2020

12 iyun

I tur, B qrupu

23:00. Belçika – Rusiya - 3:0

Qollar: Romelu Lukaku, 10, 88, Tomas Menye, 34

Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)

“Sankt-Peterburq” stadionu

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI