Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qəbələ" “Gənclər Kuboku”nun qalibi oldu

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qəbələ” AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku”nun qalibi olub.

Press.az xəbər verir ki, "qırmızı qaralar"ın U-19 komandası bu gün keçirilən final oyununda “Sabah”la qarşılaşıb. 

Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas vaxtı qolsuz bitib. Famil Xəlilovun baş məşqçisi olduğu "Qəbələ" 1:0 hesablı qələbə qazanaraq kuboka yiyələnib. Həlledici qolu 102-ci dəqiqədə baş zərbəsi ilə Mehrac Baxşalı vurub.

Bu, “Qəbələ”nin qazandığı ikinci kubokdur. U-19-dan öncə U-17-də ən güclü adını qazanıb. Komanda “U-17 Kuboku”nun qalibi adına yiyələnib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI