Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mariya Stadnik qızıl medal qazandı

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polşanın paxtaxtı Varşavadakı güləş üzrə "Poland Open" turniri davam edir.

Press.az xəbər verir ki, bu gün mübarizəyə başlayan idmançılar arasında Azərbaycan təmsilçisi Mariya Stadnik də olub.

50 kq çəki dərəcəsində çıxış edən güləşçimiz əvvəlcə Emiliya Alina Vuk (Rumıniya) ilə qarşılaşıb və görüşdən qələbə ilə ayrılıb. Stadnikin növbəti rəqibi ABŞ-dan Erin Qolston olub. Təmsilçimiz Qolstonu adlayaraq, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə Stadnik Mariya Tiumerekovanı (Rusiya) məğlub edib və finala yüksəlib.

Axşam seansında qızıl medal üzrə görüşə çıxan idmançımız Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI