Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cüdoçumuz bürünc medal şansını əldən verdi - Dünya çempionatı

07 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatı davam edir.

Press.az xəbər verir ki, bu gün mübarizəyə Azərbaycanın daha 3 cüdoçusu - Nicat Şıxəlizadə, Orxan Səfərov, və Gültac Məmmədəliyeva qoşulub.

Kişilər

66 kq

Nicat Şıxəlizadə debütdə Lusian Dumitreski (Rumıniya) ilə qarşılaşıb və xalçadan məğlub ayrılıb.

Orxan Səfərov ilk cəhdində Natan Barnsı (İrlandiya) ippon fəndiylə qalıb gəlib. 1/16 finalda  Sardor Nurillaevi ( Özbəkistan) də ippona salan idmançımız növbəti mərhələyə yüksəlib. 1/8 finalda  Əlcəzair təmsilçisi Veyl Ezziyə 1:0 hesabı ilə qalib Orxan 1/4 finala yüksəlib. Yarımfinala gedən yolda isə həmyerlimiz fransız Kilian Le Blaç üzərində təmiz qələbə qazanmaqla, yarımfinala çıxıb. Bu mərhələdə onun rəqibi 2019-cu ildə dünya çempionu adını qazanmış Yoşiro Maruyama olub. İdmançımız bu dueldə uduzaraq  təsəlliverici görüşlərə qatılıb. O, bürünc medal uğrunda Yaqub Şamilovla (Rusiya) qarşılaşıb. Rəqibi qızıl xalla qalib gəldiyindən Orxan da mundialı medalsız başa vurub.

Qadınla

52 kq

Gültac Məmmədəliyeva  yarışa uğurla start verib. O, ilk cəhdində Tatyana Levitska Şukvani (Gürcüstan) üzərində təmiz qələbə qazanıb. Növbəti görüşdə fransız rəqibi Astrid Qnetoya uduzan cüdoçumuz mübarizəni dayandırıb. 

Xatırladaq ki, yarışın ilk günündə həmyerlilərimizdən Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI