"Qalatasaray" futbolçusu Eren Aydınla professional müqavilə imzalayıb.
Press.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Aslanlar"ın əvəzedici komandasında çıxış edən 18 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Eren Aydın bu mövsüm 10 matçda 13 qol vurub.