Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuventus" bütün şanslarını rəsmən itirdi

02 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yuventus" 2020/21 mövsümündə A seriyasında çempionluq şanslarını itirib.

Press.az goal.com-a istinadən xəbər verir ki, bu, ötən gecə yarışın 34-cü turubda "İnter" - "Krotone" matçından (2:0) sonra dəqiqləşib. Milan təmsilçisi görüşdə qalib gəlməklə xallarının sayını 82-yə çatdırıb və "Yuventus"la fərqi 16-ya yüksəldib. Qarşıda hələ 5 oyunu olan Turin klubu isə bu matçların hər birində qalib gəlsə belə, liderlə arasındakı xal fərqini qapaya bilməyəcək. Andrea Pirlonun kollektivi hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasında mübarizəsini dayandırıb. Komanda 1/8 finalda "Portu" səddini keçə bilməyib. "Qoca sinyora" ölkə kubokunu da əldən verib. Bununla da komanda 9 il sonra bir mövsümdə kuboksuz qalıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI