Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuventus"da ciddi dəyişikliklər ola bilər

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yuventus"da növbəti mövsümdən əvvəl ciddi dəyişikliklər baş verə bilər.

Press.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi klub prezidenti, idman direktorunu və baş məşqçisini dəyişməyə hazırlaşır.

"Yuventus" ilk növbədə baş məşqçisi Andrea Pirlonu istefaya göndərib, onu Massimiliano Alleqri ilə əvəzləmək istəyir. İtaliya mütəxəssisin məşqçi qərargahında "Yuventus"un keçmiş müdafiəçisi Andrea Barzalyi yer ala bilər .

Bundan başqa, ləğv olunan Superliqanın əsas memarlarından olan klubun hazırkı prezidenti Andrea Anyelli də vəzifəsindən uzaqlaşdırıla bilər. Onu direktorlar şurasının üzvü olan Alessandro Nasi əvəzləməyə hazırdır .

"Yuventus"un idman direktoru Fabio Paratiçinin də qovulmaq ehtimalı var. Paratiçi “Napoli”dən həmkarı Kristian Cuntoli və hazırda “İnter”də çalışan Cuzeppe Marotta əvəzləyə bilərlər. Bu vəzifənin Alesandro Del Pyero və ya David Trezeqe tərəfindən tutulacağı istisna edilmir.

Nəşr yazıb ki, bu qlobal dəyişikliklər Turin təmsilçisinin əsas oyunçuları - Kriştiano Ronaldo və Paulo Dibalaya təsir edə bilər. Onların klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI