Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məmmədyarov finala yüksələ bilmədi

01 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala yekun vurulub.

Press.az xəbər verir ki, bu mərhələnin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan qrossmeysterimiz ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Buna görə də qalib tay-brekdə müəyyənləşib. Burada 1:2 hesabı ilə uduzan Məmmədyarov finala çıxmaq şansını əldən verib.

Digər finalçı isə Ermənistan təmsilçisi Levon Aronyana qalib gələn Maqnus Karlsen olub.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda qarşılaşacaq.

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:3 (Tay-brekdə - 2:1)
İlk görüş - 3:1

Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) - 1:3
İlk görüş - 2:2

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI