Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA milli komandaların heyətlərini genişləndirir - Avro-2020

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avro-2020-də heyətlə bağlı qaydalarda dəyişiklik edəcək.

Press.az xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri özünün "Tvitter" hesabında yazıb. Bildirilib ki, qurum turnirdə iştirak edən yığma komandaların iştirak ərizələrini 26 oyunçuya qədər genişləndirəcək. Hazırda komandalar 23 oyunçu heyətə daxil edə bilirlər.

Xatırladaq ki, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. , 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI