Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avroliqa oyunlarına hakim təyinatları açıqlandı

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları üçün hakim təyinatlarını açıqlayıb.

Press.az qurumun saytına istinadən xəbər verir ki, "Mançester Yunayted" - "Roma" görüşü İspaniya Futbol Federasiyasından Karlos del Serroya həvalə olunub. Ona Xuan Yuste və Roberto Alonso köməklik edəcək. Dördüncü hakim funksiyasını Xesus Xil Mansano yerinə yetirəcək.

"Vilyarreal" - "Arsenal" matçı isə Portuqaliya Futbol Federasiyasından Artur Diasa tapşırılıb. Köməkçi hakimlər Ruy Tavareş, Paulu Soareş, dördüncü hakim Tyaqu Martinş olacaq.

Qeyd edək ki, hər iki oyun aprelin 29-u keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI