Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AFFA-dan Təmkin Xəlilzadəyə sərt cəza

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasda yeni qərarlar qəbul edib.

Press.az qurumun saytına istinadən xəbər verir ki, Premyer Liqanın 24-cü turunun oyunlarnın müzakirəsindən bu qərarlar verilib:

“Zirə” – “Sumqayıt” oyununda  qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunub.

“Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə olunub.

“Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə olunub.

“Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanıb klub 3200 manat cərimələnib.

“Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.

“Sabah” – “Neftçi” oyununda qonaq komandanın 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Neftçi” oyununda qonaq komandanın baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI