Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan boksçusu dünya birinciliyinə qələbə ilə başlayıb

14 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib. 

Press.az saytının məlumatına görə, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. 

56 kq çəki dərəcəsində mübarizə aparan Əzrək Bəbirov 1/16 final mərhələsi çərçivəsində Maksat Jusipovla (Qırğızıstan) qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq. 

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq. //APA 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI