Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Terim “Qalatasaray”da qalacaq?

13 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Press.az “Fanatik”ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssisin İstanbul təmsilçisi ilə 2+3 illik müqaviləsi mövsümün sonunda başa çatacaq. Onun gələn mövsüm komandaya baş məşqçilik edib-etməyəcəyi isə məlum deyil. Terimin klubdakı gələcəyi may ayında keçiriləcək prezident seçkilərindən asılı olacaq. Lakin rəhbərlik hələlik çalışdırıcı ilə yeni sözləşmə üçün görüşməyib. Hazırkı prezident Mustafa Cengizin yenidən bu vəzifəyə seçiləcəyi təqdirdə Terimi klubda saxlayıb-saxlamayacağı da şübhə altındadır. Lakin Abdulrrahim Akbayrak prezident və ya idarəçi olarsa, onun Terimlə yoluna davam edəcəyi deyilir. Baş məşqçi isə komandada qalacağını düşünür. O, artıq yay transfer pəncərəsində “aslanlar”a gətirmək istədiyi futbolçuların siyahısı da hazırlayıb və rəhbərliyə təqdim edib.

Qeyd edək ki, “Qalatasaray” prezidentliyinə 5 nəfər namizəd var. Bunlar Abdurrahim Albayrak, Metin Öztürk, Burak Elmas, Tuncer Hunca və Əşrəf Hamamcıoğludur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI