Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AFFA VAR-a görə görüşlərə başladı

12 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən həftə VAR (videoköməkçi hakim) layihə rəhbəri Elxan Səmədov,  AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və CBC Sport televiziya kanalının baş direktoru Volkan Üst Türkiyənin İstanbul şəhərində səfərdə olublar.

Press.az AFFA-nın saytına istinadən xəbər verir ki, səfərin məqsədi TFF-nin də tətbiq etdiyi VAR sisteminin özəllikləri barədə məlumat almaq, bu sistemin ölkəmizdə istifadəsi baxımından görüləcək işlərə hazırlıq olub.

Görüş zamanı AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

Qeyd edək ki, VAR-ın ölkəmizdə tətbiqi sahəsində görüləcək işlərlə əlaqədar növbəti iki həftə ərzində FIFA ilə onlayn görüşlər keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI