Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan hökumətinin qərarı Türkiyə mətbuatını "silkələdi" - FOTOLAR

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məlum olduğu kimi Azərbaycan hökuməti Bakıda keçiriləcək AVRO-2020-nin 4 oyununun hər birinə azarkeşlərin buraxılması ilə bağlı qərar qəbul edib.

Press.az Offsideplus.az-a istinadən xəbər verir ki, bununla əlaqədar AFFA-nın bu gün yaydığı açıqlamada qeyd edilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub.

Bu qərar Türkiyə mediasında böyük səs-küyə səbəb olub. Belə ki, qardaş ölkənin məşhur nəşrləri Türkiyə yığmasının Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunları zamanı "ay-ulduzlular"ı 35 min azarkeşin dəstəkləyəcəyi xəbərini tirajlayır.

Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin A qrupunda Bakıda iyunun 16-da Uelslə, iyunun 20-də isə İsveçrəylə qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI