Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Federasiya daha bir idmançını ölkəsinə göndərdi

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Atletika üzrə milli komandamızın daha bir "milliləşdirilmiş" üzvü Anna Skidan heyətdən uzaqlaşdırılıb. 

Press.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov məlumat verib. 

Bildirib ki, idmançının sonuncu nəticələri ürək açan olmadığı üçün ölkəsinə göndərilib.

"Onun Avropa Oyunlarında olan nəticələri də bizi qane etməmişdi. Ona görə hazırda Ukraynada ölkəsindədir. Düzdür, hələki, bizim onunla müqaviləmizin vaxtı bitməyib. Ancaq onun çıxışları ilə bağlı fikrimdə yenə də qalıram. A.Skidan istədiyimiz vaxt milliyə qayıda bilər". 

Qeyd edək ki, atletikanın disk atma, çəkic atma və nüvə itələmə növləri üzrə millimizi 2012-ci ildən təmsil edir. Elə həmin ildən Azərbaycan vətəndaşlığını qəbul edib. 

Xatırladaq ki, Azərbaycan Atletika Federasiyası bir müddət öncə federasiya millinin Efiopiya əsilli üzvü Hayle İbrahimovla vidalaşdıqlarını açıqlamışdı.  

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI