Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağırlıqqaldıranımız növbəti dəfə Avropa çempionu oldu

05 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

3-11 aprel tarixlərində Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb.

Press.az xəbər verir ki, 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar. Onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Toplam 211 kq (95 + 116) nəticə göstərən Boyanka Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI