Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə millisində koronavirus bəlası - Yoluxma 15-ə çatdı

04 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə millisinin və “Lester"in futbolçusu Çağlar Söyüncü koronavirusa yoluxub.

Press.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Brendan Rocers bildirib. O, 24 yaşlı müdafiəçidən götürülən test nümunəsinin cavabının müsbət olduğunu deyib.
 
Bununla da Türkiyə millisinin tərkibindəki yoluxma sayı 15-ə çatıb. Onlardan 12-si futbolçu, 3-ü isə məşqçilər heyətinin üzvüdür. Çağlar yığmanın DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunların hər birində iştirak edib və 90 dəqiqə meydanda olub.

Əlavə edək ki, Türkiyə millisinin daha əvvəl koronavirusa yoluxmuş futbolçuları arasında İrfan Can Kahveci, Nazım Sangare, Merih Demiral, Zeki Çelik, Emre Kılınç, Cenk Tosun, Kaan Ayhan, Kenan Karaman,Dorukhan Toköz, Taylan Antalyalı və Yusuf Yazıcı var.

Qeyd edək ki, Çağlar Söyüncü  bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI