Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalan 10 həftədə də əlimizdən gələni edərdik"

03 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Fənərbaxça"nın sabiq baş məşqçisi Erol Bulut ilk dəfə istefaya göndərilməsindən danışıb.

Press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis deyib:

"Düzü, yollarımızı belə erkən ayrılacağımızı gözləmirdim. "Fənərbaxça" hələ də çempionluq mübarizəsindədir. Komandanın qarşısında uzun  müddət hesab edilə biləcək 10 həftə var. "Fənərbaxça"nı çempionluq mübarizəsinin içində saxlamağa çalışdıq və bunu bacardıq. Ortalama xal hesabımıza baxılsa, görərik ki, son 4 ilin ən yaxşı xal ortalamasını əldə etmişik. Səfər matçlarında ən yaxşı nəticələri qazanmışıq. Hətta bir ara Məğlubiyyətsizlik seriyamız da var idi. Amma bəxtimiz gətirmədi ki, ard-arda çoxlu futbolçumuz zədələndi. Onsuz da mən işə başlayanda müəyyən transferlər edilmişdi. 2 və ya 3 transfer mənim və komandamın istəyi ilə olub. Amma bundan başqa klubun özünün müəyyən bir siyahısı var idi. Ona əsasən də transferlər edildi. Buna baxmayaraq, hər zaman demişəm ki, bizim yaxşı futbolçulardan ibarət komandamız var idi. Bu komanda ilə həmişə liderlik yarışında idik. Davam etsəydik, qalan 10 həftə ərzində də əlimizdən gələni edərdik".

Qeyd edək ki, martın 25-də istefaya göndərilən Erol Bulutun əvəzinə mövsümün sonunadək Emre Belözoğlu təyin olunub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI