Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray"ın transfer siyahısı

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray"ın transfer siyahısı bəlli olub.

Press.az "Sabah"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yeni mövsüm üçün transfer siyahısında 7 futbolçu var.

Bildirilib ki, "Cim-Bom" "Kasımpaşa" ilə müqaviləsini uzatmayan Aytaç Kara ilə artıq razılığa gəlib. 28 yaşlı yarımmüdafiəçi yeni mövsümdən "Qalatasaray"da çıxış edəcək.

Fatih Terimin baş məşqçisi olduğu komanda  "Leyptsiq"in 5 milyon avroya istədiyi Marselo Saraççi ilə vidalaşacaq.  Klub "Kristal Pelas"la müqaviləsi bitəcək müdafiəçi Van Aanholta ilinə 1 milyon 750 min avro  qazanacağı 3 illik müqavilə təklif edib. "Alanyaspor"dan Salih Uçan və "Fortuna"dan (Düsseldorf)Kenan Karaman da "Cim-Bom"un gündəmindədir. İstanbul təmsilçisi milli komandann müdafiəçiləri Kaan Ayhan və Alpaslan Öztürklə maraqlanır. "Qalatasaray" eyni zamanda Türkiyə millisinin gənclər komandasının üzvü, "Keçiörengücü"nün futbolçusu Barış Alper Yılmazı da transfer etmək istəyir.

Klub futbolçuları Marsao, Luyindama, Arda Turan və Emre Akbaba ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI